Erməni ekspertdən ŞOK AÇIQLAMA: “RUSİYA ETİRAZ DALĞASINI QANLA SUSDURMAQ İSTƏYİB”

Baxış sayı:
6970

Ermənistanlı ekspert  Armen Badalyan İrəvandakı etiraz dalğası ilə bağlı yeni açıqlama verib. Hansı ki, bu vaxtadək belə bir iddia nə Ermənistanda, nə də Rusiyada səslənməmişdi.
 
Badalyanın fikrincə, Ermənistan prezidenti Armen Sarkisyan Rusiyanın prezidenti Vladimir Putinlə telefon danışığında, nümayişləri dağıtmaq üçün Rusiya tərəfinin Ermənistana 10 min nəfərlik polis qüvvəsi göndərməsi təklif edilib. Onun dediyinə görə, bu haqda Livanda nəşr olunan bir qəzetdə məlumat verilib.
Ekspertin sözlərinə görə, belə bir şey olduğu təqdirdə bu, Ermənistanda problemli bir vəziyyət yarada bilər: “Bu vəziyyət xalq hərəkatı ya da hakimiyyət nümayəndələri üçün arzuolunmaz,  gözlənilməz nəticələrə gətirib çıxara bilər. Hakimiyyət qara və ağlara bölünərdi ki, bu vəziyyət də həmişə ciddi qarşıdurmalara gətirib çıxarır. Erməni hadisələri ABŞ-ın,  məlumat mərkəzlərinin, ekspertlərin diqqət mərkəzində olduğu üçün və mümkün olan qarşıdurmalar da onlarla  Qərb arasında ciddi problemlər yarada bilərdi ".
Müxalifət.az