​ERMƏNİ EKSPERTDƏN ŞOK AÇIQLAMA: “Biz 7 rayonu qaytarırdıq, Bakı razı olmadı”

Baxış sayı:
4555

Ermənistanın siyasi rəhbərliyi Azərbaycana hər zaman Qarabağ məsələsində güzəştə getməyə hazır olub.
Bunu jurnalistlərə açıqlamasında erməni ekspert Ara Papyan deyib.
“Kazanda erməni tərəfi Azərbaycana ərazi güzəştləri edib qarşılığından Dağlıq Qarabağın siyasi statusunun tanınmasını istəyirdi. Biz onlara 7 rayonu verib, özümüzdə yalnız Dağlıq Qarabağı saxlayacaqdıq. Azərbaycan buna razılaşmadı və razılaşmayacaq” – deyə o bildirib.