Erməni deputat bundan sonra MODEL OLACAQ

Baxış sayı:
4567

Ermənistan parlamentinin "Çiçəklənən Ermənistan" fraksiyasından olan deputatı Naira Zoqrabyan yaxın vaxtlarda model karyerasına başlayacaq.
Muxalifet.az bildirir ki, bu barədə Sputnik Ermənistan "Qraparak" nəşrinə istinadən xəbər verir.
Qeyd olunur ki, "Şadoyan Fashion"la əməkdaşlıqdan sonra Zoqrabyan Fransada fəaliyyət göstərən zərgərlik şirkətindən təklif alıb. Deputata şirkətin siması olması və onun məhsullarını nümayiş etdirmək təklif olunub.
Nəşr yazır ki, bu ilin mart ayında Zoqrabyanla müqavilənin şərtlərini müzakirə etmək üçün şirkətin direktoru Yerevana gələcək.
Qeyd olunur ki, deputat şirkət üçün pulsuz işləməyəcək. Bu iş yaradıcılıq işi hesab olunur və qanunvericiliyə əsasən deputat bu işi görmək və onun qarşılığında pul mükafatı almaq hüququna malikdir.