Elxan Şahinoğlu: “Koçaryan Paşinyanı zəif yerindən vurur”

Baxış sayı:
343

“Ermənistanın baş naziri Nikol Paşiyan avqustun 17-də İrəvanda mitinq keçirdi. Mitinq Paşinyanın hakimiyyətdə olduğu 100 günə həsr olunmuşdu. Ermənistanın baş naziri Nikol Paşinyan 17 avqust mitinqi ilə həm müxalifətə, həm də ondan narazı olan Moskvaya gücünü göstərdi. Mitinqə on minlərlə insan qatılmışdı. Ancaq mitinq rerursu Paşinyanın gücünu heç də artırmır”.
Muxalifet.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Paşinyanın mövqeyinin güclənməsinə 3 amil mane olur: “Birinci amil onun parlamentdəki mövqeyinin zəifliyidir. O güclə baş nazir mandatı alıb. Hansısa partiyanın ona qarşı səsvermə prosesduruna başlamasını təklif etməsi yetərlidir ki, Paşinyan baş nazir kreslosunu itirsin. Məsələn Respublika Partiyası və Daşnaksütyun Partiyası 105 yerlik parlamentdə 57 səsə malikdir. Bu iki partiya qeyri-rəsmi eks-prezident Robert Koçaryan dəstəkləyir. İkinci amil Paşinyana qarşı olan müxalifətin kifayət qədər maliyyə və media resursuna malik olmasıdır. Paşinyanın hakimiyyətdə olmasına baxmayaraq administrativ resurs hələ onun xeyrinə deyil. Məsələn Robert Koçaryan həbsdən azad olunan kimi onun Daşnaksütyun Partiyasının televiziyasında müsahibəsinə şərait yaradıldı. Və ya məlum oldu ki, Koçaryan həbsdən azad edən hakim vaxtilə Prezident Administrasiyasında onun işçisi olub. Üçüncü amil Rusiyadır. Koçaryan Paşinyanı zəif yerindən vurur. Koçaryan Paşinyanın “Rusiya Ermənistandakı yeni şərtlərə adaptasiya olunmalıdır” sözlərini kəskin tənqid edərək Rusiyaya xoş gəlsin deyə bilə bir ifadə işlədib: “Rusiya o ölkə deyil ki, Ermənistanın baş nazirinin istəyi ilə nəyəsə adaptasiya olunmalıdır”. Koçaryanın Moskvaya daha çox yaxınlığı Paşinyanın problemlərini artıracaq”.
E. Şahinoğlu deyib ki, Paşinyanın hazırki reytinqi hələ ki yüksəkdir.
“Ancaq onun əlində iqtisadi islahatları dərinləşdirmək üçün resursları azdır, əngəllər isə çoxdur. Ermənistanda növbədənkənar parlament seçkisi 2019-cu ilin may ayında keçiriləcək. Həmin tarixə qədər Paşinyana olan dəstək azala da bilər”, - deyə o bildirib.