​Eldar Əzizov Bakı İH-də 3 qurumu ləğv etdi - Struktur islahatlarına başladı

Baxış sayı:
5035

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov struktur islahatlarına başlayıb. 
Struktur islahatları çərçivəsində Bakı şəhər İcra Hakimiyyətinin tabeliyindəki departament və idarə statusunda 3 təşkilat ləğv edilib. 
Həmin təşkilatlarda çalışan əməkdaşlara hələ İcra Hakimiyyətinin tabeliyindəki digər təşkilatlarda işlə təmin olunub-olunmayacaqları bildirilməyib. 
Bakı şəhər İcra Hakimiyyətinin yaxın iki gündə bu barədə geniş açıqlama yayacağı gözlənilir.