Elçin Quliyev yaralı əsgərin BAŞINDAN ÖPDÜ - Video

Baxış sayı:
166

Xəbər verdiyimiz kimi, Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Ermənistanın Noyemberyan rayonunun Zorakan kəndi istiqamətindən açılan atəş nəticəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqəsində döyüş növbəsində xidmət aparan əsgər Ceyhun Bayramov  yaralanıb.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev hadisə yerində olub, daha sonra yaralı əsgərə baş çəkib.
General əsgərlə söhbət edən zaman onun gələcək planları barədə soruşub. Ceyhun Bayramov isə cavab olaraq qoşunlarda xidmətə davam edəcəyini bildirib. Buna görə Elçin Quliyev əsgərə “çox sağ ol” deyərək onu başından öpüb. General-polkovnik belə oğullarla qürur duyduğunu bildirib. 
Muxalifet.az Azvision.az-a istinadən görüşün videosunu təqdim edir: