Elçin Əlibəyli “Publika.az”-dan getdi

 “Publika.az” saytının baş redaktoru Elçin Əlibəyli tutduğu vəzifədən ayrılıb.
 
Bu barədə “Ölkə.Az”-a saytı məlumat verib.
“Elçin Əlibəylinin saytdan nə səbəbə ayrılması barədə məlumat verilmir. Hələlik onun vəzifəsinə təyinat da yoxdur”, - deyə redaksiyadan bildirilib.
Xatırladaq ki, Elçin Əlibəyli əvvəllər də “Publika.az” saytının baş redaktoru vəzifəsində işləyib və 2013-cü ildə işdən çıxarılıb.
O, 2016-cı ildə yenidən həmin sayta baş redaktor təyin edilib.