Elçibəyin oğlunun toyu təxirə salındı - Eks-prezidentin ailəsindən açıqlama

Baxış sayı:
14809

“Əbülfəz Elçibəyin oğlu Ərturqut hazırda Fövqəladə Hallar Nazirliyində çalışır, nazirlik məmurdur. Ərturqutun toyuna hazırlıq görürdük, payızda olacaqdı. Təəssüf ki, anası Həlimə xanıma oğlunun toyunu görmək qismət olmadı”.
Muxalifet.az xəbər verir ki, bunu Reyting.az-a açıqlamasında mərhum prezidentin kürəkəni Aqil Səmədbəyli deyib.
Onun sözlərinə görə, bir neçə gün öncə Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin xanımı Həlimə Əliyevanın vəfatına 1-ci vitse-prezident Mehriban Əliyevanın münasibəti təqdirəlayiqdir.
“Bildiyiniz kimi, Həlimə xanım Türkiyədə vəfat edib. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın adından başsağlığı verilib. Əbülfəz Elçibəyin xanımı Həlimə Əliyevanın yas mərasimi ilə bağlı xərcləri də o, üzərinə götürüb. Mehriban Əliyevanın atdığı addım həm ailə, həm də cəmiyyət tərəfindən müsbət qarşılanıb”, – deyə Aqil Səmədbəyli bildirib.
Elçibəyin kürəkəni mərhum eks-prezidentin övladları ilə bağlı da məlumat verib: “Biz də hələlik İstanbulda yaşayırıq. Çilənay xanım İstanbul Universitetində təhsil alır. Bu il tarix üzrə magistraturanı bitirəcək. Mən də orda çalışıram. Təbii ki, Azərbaycana qayıtmaq fikrimiz var, lakin vaxtı bəlli deyil”.