Ekskavator su kanalına düşdü, sürücü öldü

Baxış sayı:
5302

İmişli rayonunda ekskavator su kanalına düşüb, sürücü ölüb.
Hadisə ötən gün səhər saatlarında Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonunun Telişli kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 1984-cü il təvəllüdlü Zamin Şahin oğlu Cavadlı idarə etdiyi 33-AT-623 dövlət nömrə nişanlı DOOSAN markalı ekskavatorla hərəkətdə olarkən idarəetməni itirib və ekskavator yoldan çıxaraq su kanalına düşüb.
Hadisə nəticəsində sürücü suda boğulub.
Faktla bağlı araşdırma aparılır. /report