​Eks-nazir: Tiflis kapitulyasiya elan etdi

Baxış sayı:
2449

Gürcüstanın Baş naziri Georgi Kvirikaşvilinin Rusiya ilə bağlı bəyanatı kapitulyasiya xarakteri daşıyır.
Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın keçmiş müdafiə naziri Tina Xidaşeli söyləyib. Onun sözlərinə görə, bu müraciətin heç bir uğurlu tərəfi olmayacaq.
O, Tiflisin bununla Rusiya rəhbərliyini sakitləşdirməyə çalışdığını bildirib.
Qeyd edək ki, Gürcüstan Baş naziri Georgi Kvirikaşvili Rusiyaya müraciət ünvanlayıb. Müraciətdə tərəflərin dialoq aparmasının vacibliyi vurğulanıb. Kvirikaşvili həmçinin Abxaziya və Cənubi Osetiya ilə danışıqlara hazır olduğunu və Rusiyanın bu işdə konstruktivlik nümayiş etdirməsi gərəkdiyini bildirib.