“Egey dənizində nə olacağına Türklər QƏRAR VERİR” – YUNAN PROFESSOR

Baxış sayı:
7168

Türkiyədə bir universitetin Yunan professorlarından olan Konstantinos İfantis, Türk-Yunan münasibətlərinə dair “Kathimerini” qəzetinə açıqlama verib. O, vəziyyəti dəyərləndirərkən Egey dənizindəki vəziyyətin gedişinə Türkiyə tərəfindən qərar verildiyini bildirib.
 
Beynəlxalq münasibətlər üzrə tədris verən İfantis, "Gərginlik siyasəti və ya durğunluğa keçid qərarı tamamilə Türkiyənin əlindədir " deyib.
Türk və Yunan universitet tələbələri arasında müqayisə edən təcrübəli alim, "Hazırda Yunan tələbələrin səviyyəsinin bir az daha öndədir. Ancaq Türkiyədə beynəlxalq şöhrətli 4-5 universitet var və gün keçdikcə daha da yaxşıya doğru inkişaf edirlər. Akademik çalışma və araşdırma sahəsində tələbkardırlar. Təhsilə investisiya mövzusunda gecə ilə gündüz qədər Yunanıstandan öndədirlər" deyə, söyləyib.
Müxalifət.az