​Efiopiya ordusu Somaliyə daxil oldu: Hökumət binası ələ keçirildi

Baxış sayı:
2614

Efiopiya ordusu dünən gecə saatlarında tanklar və hərbi maşınlarla ölkənin Somali əyalətindəki hökumət binalarını ələ keçirib.
Muxalifet.az xəbər verir ki, əsgərlərin əyalət idarəçiliyini ələ keçirmək istədiyini düşünən Somali əyalətinin rəhbəri Əbdi Məhəmməd Ömərin tərəfdarları etirazlara başlayıb.
Etirazlar nəticəsində əyalət mərkəzində internet və elektrik naqilləri kəsilib, bəzi mülklərə zərər dəyib.
Yerli və federal hökumət arasında olan narazılığın qarşıdurmaya səbəb olduğu bildirilir.