Ebru Gündeşin Rza Zərrab həsrəti: Amerikaya köçəcək

Baxış sayı:
4273

Bir tərəfdən Amerikaya köçməyi planlaşdıran Əbru Gündeş konsert proqramı səbəbilə Beykozdakı qaçaq vila ilə bağlı məhkəməyə gələ bilməyib.
 
Məşhur müğənni Əbru Gündeş qızı Alara ilə birlikdə ABŞ-a köçmək qərarı verib.
 
TÜRKİYƏDƏN QOPMAYACAĞAM
 
Qızı Alara-nın atası Rza Zərrabdan ayrı böyüməsini istəməyən Əbru Gündeş, yaxın ətrafına ABŞ-a köçsə də Türkiyədən qopmayacağını bildirib.
Beykozda qaçaq villa ilə bağlı məhkəməyə gələ bilməyən Əbru Gündeşin vəkili Begüm Can Gürel qatılıb.
Əbru Gündeşin vəkili Begüm Can Gürel, "Keçən iclasda “müvəkkilimiz bu iclasda iştirak edəcək” deyə bəyan etmişdik, amma keçən iclas öncəsi bu vaxta təsadüf edən konsert müqavilələri vardı. Əvvəlcədən planlaşdırmış olduğu konsertlərə görə Antalyada səhnəyə çıxacağını diqqətə almanızı istəyirik. İş çərçivəsində bağladığı müqavilələri ləğv etmək imkanı yoxdur. Son bir müddət tələbimiz var" deyib.
Vəkil Begüm Can Gürel, müvəkkilinin gələcək iclas və ya iclas arası ifadəsinin alınmasını tələb edib.
 
MƏCBURİ GƏTİRMƏ QƏRARI ÇIXA BİLƏR
Əbru Gündeşin istəyini son dəfə qəbul edən məhkəmə, "Ən gec gələcək iclasa qədər əlavə müdafiəsini təşkil etmək üçün burada olmasının lazım olduğunu vəkillərinə ayrı-ayrı çatdırır, gəlmədiyi təqdirdə yenidən bu mövzuda müddət verilməyib, məcburi gətirmə qərarı verilə bilər” deyə xəbərdarlıq edib.
Müxalifət.az