Düşmənlə sərhəddə NÜVƏ TƏHLÜKƏSİ - Koziyindən SENSASİON SÖZLƏR

Baxış sayı:
13141

Ukraynanın paytaxtı Kiyevdə yerləşən Avro-Atlantik Əməkdaşlıq İnstitutunun hərbi mütəxəssisi İqor Koziyin son açıqlaması gündəm olub.

Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, hərbi mütəxəssis Ukraynanın Rusiya ilə sərhədinə nüvə minası döşənməsini məsləhət görüb. Koziy Rusiyanın təcavüzkar siyasətinə qarşı bu addımın atılmasını vacib hesab edir. O, Kiyevin taktiki nüvə silahı və bu silahların ixracatı üçün metodlar yarada biləcəyini bildirib.

“Almaniyanın bir zamanlar etdiyi kimi, Rusiya-Ukrayna sərhədi boyunca nüvə minası döşəməyimizə kim mane olur? Ancaq bu minaların sərhədə necə aparılacağı, ya da aparılıb-aparılmayacağına dair bilgilər dövlət sirri kimi qalmalıdır”.

Qeyd edək ki, daha əvvəl Ukraynanın NATO missiyası üzrə sabiq təmsilçisi Pyotr Qaraşuk Kiyevin nüvə silahı istehsal etmək üçün bənzərsiz intellektual, təşkilati və maliyyə imkanlarına sahib olduğunu demişdi.