Düşmənin hədəfində Mingəçevir su anbarı və əsas elektrik stansiyasıdır - RAKET ZƏRBƏLƏRİNİN MƏQSƏDİ...

Baxış sayı:
2566

Ermənistanın azərbaycanlı mülki şəxslərə qarşı dövlət terroru davam edir.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabındakı paylaşımında bildirib.

"Bir neçə dəqiqə əvvəl Ermənistan silahlı qüvvələri Azərbaycanın sənaye şəhəri olan Mingəçevirə qarşı raket hücumu təşkil edib. Mingəçevirdə Su anbarı və əsas elektrik stansiyası mövcuddur. Çarəsizliyin barbar ifadəsi"./report