Düşmənin çoxsaylı canlı qüvvəsi və texnikası məhv edildi - VİDEO

Baxış sayı:
1458

Azərbaycan Müdafiə Nazirliyi özünün Telegram-kanalında cəbhədəki son vəziyyətlə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki,  gecə ərzində cəbhənin müxtəlif istiqamətlərində düşmənin döyüş aktivliyinin qarşısı alınıb.

Cəbhədə vəziyyət gərgin olaraq qalır. Gecə ərzində cəbhənin müxtəlif istiqamətlərində düşmənin döyüş aktivliyinin qarşısı alınıb və ona sarsıdıcı zərbələr endirilib. Bütün cəbhə boyu gərgin döyüşlər davam edir.

Nazirlik oktyabrın 3-nə keçən gecə cəbhənin müxtəlif istiqamətlərində düşmənin çoxsaylı hərbi texnikasının və canlı qüvvəsinin məhv edildiyinə dair məlumat və video yayıb.