​Dünyanın ən uzun avtomobil körpüsü: 4 ay sonra...

Baxış sayı:
8170

Küveytdə dünyanın ən uzun avtomobil körpüsünün tikintisi 2019-cu ildə başa çatacaq.
Muxalifet.az xəbər verir ki, bu barədə “Arabian Biznes” nəşri məlumat yayıb.
Uzunluğu 48,5 kilometr olan Şeyx Cabir adına körpünün tikintisi Koreyanın “Hunday” korporasiyası ilə 2,6 milyard dollar həcmində müqavilənin imzalandığı vaxtdan 6 il sonra - bu ilin aprel ayında yekunlaşacaq.
Küveytin şəhər aqlomerasiyası ilə çoxmilyardlıq “İpək şəhər” memarlıq layihəsinin həyata keçiriləcəyi Küveyt buxtasının əks sahilini birləşdirəcək körpü 36,1 və 12,4 kilometrlik iki hissədən ibarətdir.
Hazırda dünyanın ən uzun avtomobil körpüsü Çinin şərqindəki Sindao şəhərində yerləşir. Onun uzunluğu 42 kilometrə yaxındır.