Dünyanın ən seksual hava aparıcısını tərk edən şəxs: “Məndən pul istəyirdi”

Baxış sayı:
742

E-idman oyunçusu Duqlas Martin “dünyanın ən seksual hava aparıcısı” ünvanını daşıyan Yanet Qarsiya ilə bir müddət əvvəl ayrılmışdı.
Muxalifet.az xəbər verir ki, iddiaya əsasən, Duqlas elektron oyunlara daha çox vaxt ayırmaq üçün Yanetdən ayrılıb.
Martin bu yaxınlarda sosial şəbəkədə yeni video çarx yayımlayıb və baş verənlərin elə olmadığını deyib və ayrılığın səbəbini açıqlayıb. Martin bildirib ki, ayrıldıqdan sonra müntəzəm olaraq lağla dolu mesajlar alır. O, ayrılığın əsl səbəbi haqqında deyib:
“Yanetlə Nyu-Yorka köçdükdən sonra münasibətlərimizdə problemlər üzə çıxdı. Qarsiya “Youtube”dakı videolardan qazandığım qonorarlardan pay istəyirdi. Ona maşın da daxil olmaqla bir çox hədiyyə almışam. Amma o, bununla kifayətlənmədi. Gözü pulumda idi”.