Dünyanın ən dindar ölkələrinin SİYAHISI AÇIQLANDI - Azərbaycan neçəncidir?

Baxış sayı:
10621

“Barem və “WIN/ Gallup International” dünya miqyasında ən çox dinlə məşğul olan insanların yaşadığı ölkələrin siyahısını açıqlayıb. Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, araşdırmada 66 mindən çox insan iştirak edib. Sorğu zamanı həmçinin, dinə inamsızlıq və ateizmlə bağlı suallar da verilib. 67 ölkənin yer aldığı siyahıda Azərbaycan 53-cü yerdə qərarlaşıb. Ölkəmizdə dindar insanların sayı 35% təşkil edir. Dindar olmadığını deyənlər isə 64%, atezim isə 0%-dir. Siyahının ilk 10 pilləsində qərarlaşan ölkələri təqdim edirik: 10. Fici adaları Dindar: 92% Dinsiz: 6% Ateist: 2% 9. Ermənistan Dindar: 92% Dinsiz: 4% Ateist: 2% 8. Pakistan Dindar: 93% Dinsiz: 5% Ateist: 1% 7. Kosova Dindar: 94% Dinsiz: 3% Ateist: 0% 6. Fildişi Sahilləri Dindar: 94% Dinsiz: 6% Ateist: 0% 5. Yeni Qvineya Dindar: 94% Dinsiz: 5% Ateist: 0% 4. Hindistan Dindar: 94% Dinsiz: 3% Ateist: 2% 3. Qana Dindar: 94% Dinsiz: 1% Ateist: 0% 2. Nigeriya Dindar: 97% Dinsiz: 2% Ateist: 0% 1.Tailand Dindar: 98% Dinsiz: 1% Ateist: 1%