Dünyanın ən bahalı arağı oğurlandı

Baxış sayı:
2445

Kopenhagendə “Kafe 33” barından 1,3 milyon dollar dəyərində olan araq butulkası oğurlanıb.
Muxalifet.az xəbər verir ki, bu barədə informasiyanı Danimarkanın “TV-2” televiziyası yayıb. Televiziya oğurlanan butulkanın “Russo-Balt” arağı olduğunu bildirib. Qızıl və gümüşdən hazırlanan araq butulkası, həm də dünyanın ən bahalı arağı sayılır.
Hazırda Danimarka polisi oğurluqla bağlı axtarışa başlayıb. Barın sahibi də sosial şəbəkələr vasitəsilə insanlara müraciət edərək yardım istəyib.