Dünyanın gözü İstanbulda! Bir açıqlama da Avropa İttifaqından gəldi

Baxış sayı:
2689

Avropa Birliyinin (Aİ), Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğuna daxil olduqdan sonra itən jurnalist Camal Qaşıqçı-nın vəziyyəti haqqında Səudiyyə Ərəbistanından açıqlama gözlədiyi bildirilib.
 
Aİ Komissiyasının sözçüsü Karlos Martin Ruiz De Gordejuela, Səudiyyəli jurnalist Camal Qaşıqçı ilə bağlı hadisələri yaxından təqib etdiklərini söyləyib.
Gordejuela, "Səudiyyə Ərəbistandan, tanınmış Səudiyyəli jurnalist Camal Qaşıqçı-nın vəziyyətini aydınlaşdıracaq bir açıqlama gözləyirik" deyə söyləyib.
Qeyd edək ki, Səudiyyədə islahatçılar üçün mühüm platforma olan “Al Watan” qəzetinə töhvə verən və eyni zamanda “Vaşinqton Post” qəzetində də yazılar yazan Qaşıqçı, keçən həftə çərşənbə axşamı günü rəsmi prosedurlar üçün Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğuna daxil olduqdan sonra ortadan qeyb olub.
Müxalifət.az