Dünyanı şoka salan görüntü - Koronavirusa yoluxan şəxsi evə zəncirlədilər

Baxış sayı:
2794

Çində ölümcül koronavirusun yayılmasının qarşısını almaq üçün istifadə olunan metodlar sərt reaksiyalara səbəb olub.

Sosial mediada yayılan görüntülərdə koronavirusa yoluxan ailənin evinin qapısının zəncirlənməsi əks olunub və bu insanlar tərəfindən pislənilib.

Fotolarda bir şəxsin qapının ağzında ev sahibi ilə mübahisə etdiyi məlum olur. Həmin şəxs evdəkilərə “Evinizin təcrid olunduğunu elan etmək üçün buradayıq. Xahiş edirəm bizimlə əməkdaşlıq edin” deyir.

Ev sahibi isə rəsmi şəxsdən ətraflı məlumat almaq istədiyini bildirib. Qapıdakı şəxs isə “Sizi evinizə kilidləmək məcburiyyətindəyik, qapınızı zəncirləyəcəyik” deyə cavab verib.

Bu sözlərdən təəccüblənən ev sahibi etiraz edib: “Yəni həyatımız təhlükə altında olanda qapını içəridən aça bilməyəcəyəm?”.

Rəsmi şəxsin cavabı sosial şəbəkələrdə də tənqid hədəfinə çevrilib. O, cavabında “Sizə tövsiyə edirəm ki, özünüzü yanğından qoruyun, əvvəlcədən tədbirlər görün. Təcili durum olarsa, üç açar qoyuruq, ən qısa müddətdə yardım istəyərsiniz. Evdə özünüzə yaxşı baxın, hökumət də kənarda sizinlə maraqlanacaq. Bu qaydaya əməl etməyən hər kəs haqda cinayət işi açılacaq” deyə qeyd edib.

Həmin görüntüləri təqdim edirik:

Teleqraf.com