Dünyadakı ən təhlükəli quş öz sahibini öldürdü

Baxış sayı:
1828

ABŞ-ın Florida ştatında dünyada ən təhlükəli quş hesab olunan kazuar saxlandığı fermada öz sahibini öldürüb.
Muxalifet.az xəbər verir ki, 75 yaşlı fermer yem vermək üçün qəfəsə daxil olarkən yıxılıb. Kazuar fermeri dimdikləyərək öldürüb.
Kazuarlar strauslardan sonra yer kürəsində ən böyük quşlar hesab edilirlər. Onların boyu iki metrə, çəkiləri 60 kiloya çatlr.
Uzunluğu 10 santimetr olan  dimdiklərini isə ölüm silahı kimi istifadə edirlər.