Dünyadakı bu hərəkətliliyə ABŞ, Rusiya və Avropadan cavab gəldi

Baxış sayı:
6007

ABŞ mediasına açıqlama verən üst səviyyə bir Amerikalı səlahiyyətli "Mövzu prezident və ya vitse prezidentin sağlıq vəziyyətiylə əlaqədar deyil. Milli təhlükəsizliklə də əlaqədar deyil" deyib.
 
Ağ Ev vitse prezident Pens-in səyahətini niyə ləğv etdiyinə açıqlıq gətirməzkən, Mayk Pens-in Vaşinqtonda qalacağını, ancaq spesifik olaraq Ağ Evə çağırıldığı iddiasının doğru olmadığını bildirib.
 
RUSİYADAKI HƏRƏKƏTLİLİKLƏ ƏLAQƏDAR KREMLDƏN AÇIQLAMA
 
Rusiyanın dövlət başçısı Vladimir Putin 14 rus dənizçinin həyatını itirdiyi yanğın səbəbiylə proqramını ləğv edib.
Kremlin sözçüsü Dmitriy Peskov jurnalistlərə etdiyi açıqlamada, Putinin 14 rus dənizçinin həyatını itirdiyi yanğın səbəbiylə proqramını ləğv etdiyini, qısa müddət ərzində Rusiyanın Müdafiə naziri Sergey Şoygu ilə bir araya gələcəyini ifadə edib.
Putin Müdafiə naziri Şoygunu sualtı gəmidə baş verən yanğının səbəblərini şəxsən araşdırmaqla vəzifələndirib.
 
PUTİN: SIRADAN BİR GƏMİ DEYİLDİ
 
 Rusiyanın dövlət başçısı Vladimir Putin nüvə sualtı gəmisindəbaş verən və 14 dənizçinin həyatını itirməsinə səbəb olan yanğınla bağlı, "Bu qəza Rusiya və ordumuz üçün böyük bir itkidir" deyib.
Bütün proqramını ləğv edən Putin Müdafiə naziri Sergey Şoygu ilə bir araya gəlib.
Putin görüşdə, yanğında çox sayda əhəmiyyətli insanların həyatını itirdiyini ifadə edərək "Qəzanın meydana gəldiyi gəmi sıravi bir gəmi deyildi. Həyatını itirən 14 adam arasında 7 birinci səviyyə kapitan vardı və 2-si Rusiya Qəhrəmanı mükafatına sahib idi. Bu qəza Rusiya və ordumuz üçün böyük bir itkidir" deyib.
 
AB-də KOMİSSİYA YIĞINCAĞI
 
Avropa Birliyindəki hərəkətliliyin də AB Komissiya sədri seçkiləriylə əlaqədar olduğu öyrənilib. AB üzvü olan ölkə liderləri Brüsseldə birliyin öndə gələn təşkilatlarının yeni rəhbərlərini müəyyən etmək üçün dördüncü dəfə bir araya gəlib. AB liderləri AB Komissiya sədri, AB Şurasının rəhbəri, AP sədri, AB Yüksək Təmsilciyi və Avropa Mərkəz Bankı sədrliyinə müəyyən ediləcək şəxslər üzərində uzlaşıb.
Müxalifət.az