"Dünyada tam müstəqil dövlət yoxdur" - Putindən gözlənilməz bəyanat
16-02-2019 10:16
Baxış sayı:
6664
Hazırda dünyada tam müstəqil dövlət yoxdur.
360 telekanalın məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin bəyan edib.
O qeyd edib ki, müasir dünya qarşılıqlı asılılıqlar dünyasıdır.
Qərbi Avropada baş verənlərə toxunan Putin bildirib ki, Avropa Parlamentinin bütün üzvlər üçün icrası məcbur olan qərarlarının sayı SSRİ Ali Sovetinin ittifaq respublikaları üçün qəbul etdiyi qərarlardan çoxdur.
“Bu nədir, asılılıq deyilmi?”, - deyə Rusiya prezidenti vurğulayıb./oxu.az