​Dünyada ən böyük terrorçu sıxlığı bu şəhərdədir

Baxış sayı:
5185

İdlib prioritetdir, çünki dünyada ən böyük terrorçu sıxlığı oradadır.
Muxalifet.az xəbər verir ki, bunu suriyalı generalı Rada Əhməd Şariki bildirib.
"Döyüşçülərə dəstək verən xarici qüvvələr onları xilas etməyə çalışacaq. Əminəm ki, bu toqquşma baş verəcək və ordumuz qələbə qazanacaq. Bundan sonra Suriyada müharibənin sona çatdığını deyə biləcəyik. Suriya müharibəsinin son mərhələsində belə sülh üçün bütün imkanlardan istifadə ediləcək", - Şariki vurğulayıb.
Qeyd edək ki, Suriya ordusu İdlibin cənub-şərqində mövqeyini gücləndirib.