Dünya ətrafında bir neçə gün dövr edən nüvə bombası uğurla sınaqdan keçdi - VİDEO

Baxış sayı:
11431

Rusiya mətbuatı sərhədsiz mənzilli nüvə kruz raketi sayılan “Burevestnik”in yanvar ayında uğurla sınaqdan keçirildiyini yazıb.
Muxalifet.az xəbər verir ki, bu barədə sınağı rus ordusu təsdiqləməyib və sınaqların nə vaxt və harada həyata keçirildiyi açıqlanmayıb. “Russian Today” kanalının yaydığı kadrlarda isə bir qrup mühəndis bəzi hissələri bağlı olan raketi diqqətlə incələyir.
“9M730 Burevestnik” raketi sərhədsiz manevr qabiliyyəti ilə çox uzaq məsafələrə qədər uça bilir. Eyni zamanda bir neçə gün dünyanın ətrafında dövr edə bilir. Bu silah Asiyadan Sakit okeana, oradan Cənubi Amerika və ABŞ hava sahəsinə girərək Meksika körfəzinə qədər uça bilər.