​Dünya tikan üstündədir! BİRCƏ SÖZÜ KİFAYƏTDİR

Baxış sayı:
5083

Muxalifət.az Hurriyyet.org-a istinadən xəbər verir ki, soyuq müharibə dövründə yanlış bir siqnalla SSRİ ilə nüvə müharibəsinin astansında olan ABŞ-da nüvə silahından istifadə Trampın bir əmrindən asılıdır.
ABŞ prezidenti Donald Tramp ilə Şimali Koreya lideri Kim Çenin arasındakı nüvə düyməsi polemikasından sonra diqqətlər, ABŞ-da mümkün bir nücə hücumunun başlanmasına göstəriş vermək prosesinin necə işləməsinə yönəlib.
Kim Yeni il çıxışında “nüvə silahı düyməsi”nin daima masasında olduğunu deyəndən sonra Tramp “Tvitter” səhifəsində öz masasındakı nüvə düyməsinin onunkundan fərqli olaraq işlədiyini və daha böyük olduğunu yazmışdı.
ABŞ-da nevə hücumundan istifadə səlahiyyəti sadəcə prezidentə məxsusdur.
Hal-hazırda nüvə silahından istifadə ixtiyarı qərarları ilə böyük mübahisələrə səbəb olan Donald Trampın insafındadır.
ABŞ prezidentinin ofisində nüvə silahlarını işə salan düymə olmasa da, prezidenti bu silahdan istifadə qərarını təkbaşına verə bildiyindən məcazi şəkildə “nüvə düyməsi prezidentin masasındadır” deyilir.