DÜNYA ŞOKDA: Türkiyə-Yunanıstan “müharibəsi” başlayır - TƏHDİD

Baxış sayı:
7339

 Şərq Aralıq dənizində qazma işlərinin başlaması ilə Cənubi Kipr Fatih gəmisində xidmət edən heyəti beynəlxalq həbs əmri çıxarmaqla təhdid edib.
 
Şərq Aralıq dənizində Fatih qazma gəmisinin qazma işlərinə başlamasından sonra Türk Dəniz Qüvvələri Komandanlığının ünsürləri qazma işləri aparıldığı bölgədə xidmət etməyə başlayıb. Bölgədə seysmik araşdırmalarını davam etdirən Barbaros Hayreddin Paşa və Fateh gəmisi də qoruma içərisində fəaliyyətlərini davam etdirir.
Qazma işlərinin başlaması ilə Yunan rəhbərliyi də Fatih gəmisində xidmət edən heyəti beynəlxalq həbs əmri çıxarmaqla təhdid edib.
Yunan rəhbərliyi Sahil Radiosu vasitəsilə Fateh gəmisində xidmət edən heyəti təhdid edib. Yunan rəhbərliyi Fateh heyətini "haqlarında beynəlxalq həbs əmri çıxarmaqla" təhdid edib. Radiodan edilən anonsda, "Fəaliyyətinizə dərhal son verin" deyilib.
İşlərlə bağlı açıqlama verən Yunan sözçü Prodromos Prodromu da, "Türkiyənin NATO, ABŞ və bütün region ölkələri ilə münasibətləri yaxşı deyil. Malik olduğumuz və etdirəcəyimiz imkanlar daxilində mümkün olan hər şeyi edirik" deyib.
Yunan rəhbərliyinin Fateh heyəti haqqında beynəlxalq həbs əmri çıxarıb çıkarmayacağı da soruşulan Prodromu, "Qanunun verdiyi imkan çərçivəsində, bu cür fəaliyyətlərdə iştirak edənlərin şəxsi məsuliyyətləri vardır və araşdırma aparıla bilər. Bu, hökumətin planlaşdırdığı tədbirlərdən biridir. Kipr (Yunan) Məhdudlaşdırılmış İqtisadi Regionu içərisində qazma həyata keçirildiyi təqdirdə gəmi kapitanları olaraq və ya dəstək xidmətləri verənlər olaraq beynəlxalq məhkəmədə icraata alına bilərlər" deyə söyləyib.
Müxalifət.az