Dünya şöhrətli şəxsdən Trampa ağır sözlər: "TRAMP BİR DONUZDUR"

Baxış sayı:
1705

İngilis Rok qrupu “Pink Floyd”-un əfsanə ifaçısı Rocer Waters, Rusiyanın Sant Peterburq şəhərində verdiyi konsertdə ABŞ prezidenti Donald Trampı sərt bir şəkildə hədəf alan bir səhnə şousu hazırlayıb.
 
Watersın səhnədə çaldığı “Charade” mahnısına bir işıq şou müşayiət edib. Şou zamanı Tramp müxtəlif gülünc bənzətmə və görüntülərlə vizual səhnədə ekrandan göstərilib.
Vizual görüntülərin birində Tramp, qadın makiyajı ilə göstərilirkən, digər bir görüntüdə isə ABŞ prezidenti bir donuz kimi göstərilib. Mahnı başa çatandan sonra isə Waters-in arxasında yerləşən divara Rus dilində “Tramp bir donuzdur” şüarı əks etdirilib.

Müxalifət.az