Dünya Rusiyanın 3 milyardlıq silahından İMTİNA ETDİ

Baxış sayı:
6175

Rusiyanın hərbi sənayesinə qarşı sanksiyalarımız ucbatından Moskva milyardlarla dollar itirib. 
Bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert söyləyib. 
“Biz bəzi ölkələrin Rusiya mallarını almağı dayandırmaqlarından məmnunuq. Bununla Rusiyanın 3 milyard dollardan çox gəlirinə mane olmuşuq. Bu müqavilələrin dayandırılması cəzadır. Ona görə ki, bunun sayəsində Rusiya büdcəsinə daha az pul daxil olur. Bunu Rusiyanın məsuliyyətə cəlb edilməsində uğur hesab etmək olar”, – deyə o bildirib./axar/