Dünya ölkələri Venesueladakı çevrilişlə bağlı AÇIQLAMALAR VERDİLƏR

Baxış sayı:
17764

Hurriyyet.org xəbər verir ki, Venesuelada baş vermiş hərbi çevriliş cəhdi ilə bağlı Ağ Ev açıqlama verib. Çevrilişçi Xuan Quaydonu Venesuela prezidenti kimi tanıyan Amerika Birləşmiş Ştatlarından verilən açıqlamada deyilir: “ABŞ prezidenti D.Trampa Venesuelada baş verən hadisələr barəsində məlumat verilib və vəziyyəti izləyirik”. İspaniya: “Çevrilişi dəstəkləmirik” İspaniya hökumətinin mətbuat nümayəndəsi Venesueladakı çevriliş cəhdi ilə bağlı açıqlama verib. Mətbuat katibi İsabel Selaa ölkədə qətliam baş verməyəcəyinə ümid elədiklərini bildirərək deyib: “Venesuelada hakimiyyətin seçkilər yolu ilə dəyişilməli olduğu aşkardır. İspaniya heç bir hərbi çevrilişi dəstəkləməyir”. Kuba və Boliviyadan Maduroya dəstək Kuba dövlətinin başçısı Miquel Dias-Kanel və Boliviya prezidenti Evo Morales “Tvitter” şəbəkəsindəki açıqlamalarda Maduro hakimiyyətini dəstəklədiklərini bildiriblər. Kuba rəhbəri Dias-Kanel deyib: “Ölkəni şiddət burulğanına sürükləmək məqsədi güdən bu çevriliş cəhdini kəskin şəkildə qınayırıq. Venesuelanın küçələrinə terror yaratmaq məqsədi güdən silahlı qrupların cəhdlərini qınayırıq. Venesuela xalqının tərəfindəyik”. Boluvuya dövlətinin başçısı Morales yazıb: “Venesuelada baş vermiş, xaricilərin mənfəətinə xidmət edən çevriliş cəhdini qınayırıq. Qaradaşımız Maduro ilə dostumuz Venesuela xalqının tərəfindəyik”.