DÜNYA OKEANININ SƏVİYYƏSİ SÜRƏTLƏ ARTIR

Baxış sayı:
1678

Muxalifet.az xəbər verir ki, son 25 ildə dünya okeanının səviyyəsi 77 mm artıb. Bu məlumatı Ümumdünya Metereoroloji Təşkilatının üzvü olan alimlər yayıblar.

Dünya okeanında suyun artımının səbəbi suların isinmə nəticəsində genişlənməsi olub. “Federal Yeniliklər Agentliyi”nin yazdığına görə, okeanlarda suyun miqdarının artması buzlaqların əriməsinin nəticəsidir. Alimlər bu nəticəyə olduqca dəqiq kompüter modelləşdirməsi və planetimiz üzərində kosmik müşahidə ilə məşğul olan peyklərdəki yüksək dəqiqliyə malik sensorlar sayəsində gəliblər.

Dünya okeanında suların artma sürəti 2,9 mm-dir. Üstəlik, qlobal istiləşmə nəticəsində bu göstərici ilbəil 0,84 mm artır. Planetimiz iqlim dəyişikliklərinə belə reaksiya verir.

Avqustun 30-da bəlli olub ki, Yel universitetinin alimləri Arktik regionunda böyük həcmdə isti və duzlu su aşkar ediblər. Bu su kütləsi Alyaskanın şimalında yerləşən Kanada hövzəsinə daxil olaraq, onun isinməsinə səbəb olur.