​Dünya növbəti təyyarə qəzası ilə SARSILDI: Tanınmış simalar öldü - VİDEO

Baxış sayı:
12421

ABŞ-ın Texas əyalətində “Beechcraft BE-350” tipli təyyarənin qəzaya uğraması nəticəsində 10 nəfər həyatını itirib.
Muxalifet.az redaktor.az-a istinadən xəbər verir ki, bu barədə Federal Aviasiya İdarəsi məlumat yayıb. Məlumata görə, layner havaya qalxandan bir neçə dəqiqə sonra idarəetmədən çıxaraq, uçuş zolağının yaxınlığındakı binaya çırpılıb.
Zərbənin təsirindən güclü yanğın baş verib. Yerli mənbələr yazır ki, hadisə zamanı özəl laynerdə olan sərnişinlərin adları araşdırma səbəbiylə hələlik açıqlanmır. Lakin layner özəl olduğuna görə, yerli media təyyarədə tanınmış simaların olduğunu istisna etmir.