Dünya liderlərindən “Notre Dame” mesajı!

Baxış sayı:
11731

Fransanın paytaxtı Parisdə tarixi “Notr Dam” Kilsəsində baş verən yanğına görə, ölkələr birlik mesajları paylaşıb.
 
İspaniyanın baş naziri Pedro Sanchez, Twitter hesabından verdiyi açıqlamada, "Notre Dame yanğını Fransa üçün bir fəlakətdir, İspaniya və Avropa üçün də. Alovlar 850 illik tarixi, memarlıq abidəsini yerlə bir edir. Bunu unutmaq çətin olacaq. Fransa bu böyük varlığının xilas olunmasında bizi yanında hesab edə bilər", - qeyd edib.

İtaliyanın baş naziri Giuseppe Conte də Twitter hesabından Fransızca atdığı mesajda, "Fransızlar üçün, Avropalı hamımız üçün qəlbimizdə bir qırıq var", - deyə yazıb.

Almaniyanın baş kansleri Angela Merkel, ABŞ prezidenti Donald Tramp və digər dünya liderləri “Notr Dam” Kilsəsində baş verən yanğınla bağlı dəstək mesajları veriblər.

Müxalifət.az