​Dumada yeni kimyəvi maddələr tapıldı - Rodionov

Baxış sayı:
4009

Suriyanın Şərqi Quta bölgəsinin Duma mahalında terrorçuların kimyəvi silah hazırladığını göstərən yeni dəlillər tapılıb.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiyanın Radiasiya, kimyəvi və bioloji hücumlardan müdafiə qüvvələrinin komandanı Aleksandr Rodionov deyib.
“Terrorçulara aid kimya laboratoriyasında aparılan araşdırmalar zamanı böyük həcmdə heksamin maddəsi tapılıb. Bu, terrorçuların kimyəvi silah istehsal etməsi ilə bağlı başqa bir sübutdur”, - deyə Rodionov bildirib.