​DTX-nın tutduğu daha bir jurnalist hakim qarşısında - "İRƏVAN PRESS”

Baxış sayı:
6751

Hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən "İrəvan Press” qəzetinin baş redaktoru Azər Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı mayın 18-nə təyin edilib.
İttihama görə, Azər Abbasov Dövlət Təhlükəsizlik Xidmətinin əməliyyatı nəticəsində ötən ilin iyununda həbs olunub.
Azər Abbasovun cinayət işi üzrə 25 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. O, zərərçəkmişlərdən hədə-qorxu ilə pul tələb etməkdə təqsirli bilinir.