Dərbənddə kütləvi toyda iki dünya rekordu yeniləndi - VİDEO

Baxış sayı:
12058

Rusiyanın Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərində yerli stadionda keçirilən çoxmillətli toy Ginnesin rekordlar kitabına düşüb.
Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, mərasim eyni zamanda 2 dünya rekordunu yeniləyib.
Belə ki, Dağıstanda yaşayan 16 milləti təmsil edən 30 cütlük toy edib, mərasimə isə 10 mindən artıq qonaq gəlib.