​Dövlət qulluğuna qəbul qaydası dəyişdi - BU ŞƏXSLƏR ÜÇÜN

Baxış sayı:
7282

Dövlət qulluğu haqqında qanun layihəsində dəyişiklik edilib.
Muxalifət.az-ın məlumatına görə, qanun layihəsi barədə danışan millət vəkili Əli Hüseynli bildirib ki, bu dəyişiklik icra hakimiyyəti orqanlarında çalışanlara aid edilir:
“Bildiyiniz kimi, dövlət qulluğuna qəbul şərtlərinə görə dövlət qulluğunda çalışan şəxslər təkrar bu imtahanda iştirak edərək vəzifəyə qəbul olunurlar. Lakin bu bənd icra hakimiyyətlərində çalışanlara aid edilmirdi. Həmin şəxslər icra hakimiyyəti orqanı rəhbərinin qərarı ilə yalnız müsahibə yolu ilə vəzifəyə qəbul olunurdu. Bu dəyişikliklərdən sonra yerli icra hakimiyyətində çalışan şəxs də dövlət qulluqçuları ilə eyni qaydada vəzifə tutacaq. Əvvəlki qayda məsələdə bərabərlik hüququ pozurdu. Hesab edirəm ki, dövlət başçısı tərəfindən təklif edilən bu dəyişiklik həm ədalət prinsipini bərpa edir, həm də bərabərlik hüququnu yerinə yetirir”.