Donald Trampla Kim Çen Inın görüş yeri bəlli oldu

Baxış sayı:
4309

Şimali Koreya və ABŞ prezidentləri İsveçrədə görüşə bilərlər; Nəzərdən keçirilən variantlar arasında Pekin, Pxenyan və Ulan-Bator da olub
 

Amerika prezidenti DonaldTramp və Şimali Koreya lideri Kim Çen Inın görüşü İsveçrədə baş tuta bilər.
Bu barədə mənbələrə istinadən NBC məlumat yayıb.
Telekanalın məlumatına görə, iki ölkə təmsilçiləri sammitin harada keçiriləcəyi barədə hələ qəti qərara gəlməyiblər.
Nəzərdən keçirilən variantlar arasında Pekin, Pxenyan və Ulan-Bator olub, lakin təhlükəsizlik səbəbindən imtina edilib.