​Dolların bahalaşması məşhur aktrisanı evindən etdi

Baxış sayı:
4252

Məşhur aktrisa və model Cansu Dərə Türkiyədə son vaxtlar dolların bahalaşmasına görə evini dəyişmək qərarına gəlib.
Aktrisa bir neçə ildir İstanbulun Bəbək səmtində yaşayırdı.
Türk mətbuatının xəbərinə əsasən, Bəbək səmtindəki evi üçün ayda 5 min dollar kirə pulu ödəyən Cansu Dərə ötən həftədən maklerlərlə görüşməyə başlayıb. Aktrisa bildirib ki, kirayəyə götürdüyü ev üçün lirə ilə ödəniş etmək istəyir. Məlum olub ki, aktrisa yeni evə köçdükdən sonra əşyalarını da yeniləyəcək.