“Dollar” oyununda Qətər və Küveytdən Türkiyəyə dəstək

Baxış sayı:
23695

ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi qalmaqal sanksiya qərarından sonra Türkiyəyə dəstək mesajları gəlməyə davam edir. Ərəb ölkələrinin tanınmış şəxsləri, sosial media hesablarından dəstək bəyanatları verərkən, Qətər xalqı da, dollarlarını dəstək üçün Türk Lirəsinə çevirir.
 
Sosial media hesabından açıqlama edən Küveytli alim professor Hakim el-Mutayri, Türkiyəyə dəstək açıqlaması verib.
Küveytli alim Hakim el-Mutayri açıqlamasında "İslam ümməti, Amerikalıların və Qərbin hərbi, iqtisadi, siyasi və hətta fikirlərimizə belə hakim olmaq istəyən ağalığına qarşı azad olma savaşı verir. Türkiyəyə qarşı açılan müharibə davam edən bu münaqişənin bir sübutudur. İslam ümmətinin Türk xalqına iqtisadi cəhətdən dəstək olması, yanında durması, şəri hökmdür və Allah yolunda var-dövlətinizi xərcləmək "cihad" etmək hökmünü daşıyır. Bu müharibə İslam ümmətinin Fələstindən, Əfqanıstandan və Türkiyədən Amerikanın siyasi, iqtisadi işğalından azad etmə döyüşüdür. Bu müharibədə İslam ümmətinin və mülkünün və qanının ucuz olduğu müharibədir. Qalib gələcəyik" deyə, qeyd edib.
 
BİR DƏSTƏK DƏ XƏBƏR SPİKERİNDƏN
 
“Al-Jazeera” televiziyasının Əlcəzair əsilli xəbər diktoru Ania Əl Afandi isə, sosial media hesabı Twitter üzərindən Türkcə bir mesaj bölüşərək, "Türk lirəsinin dollara qarşı dəyər itirməsinə sevinən sionist Ərəblərə iki kəlmə sözüm var. Türk lirəsi dollara qarşı dəyərsiz ola bilər, amma Türklər, bizlərdə və vətənlərində çox qiymətlidirlər" deyə, yazıb.
 
BİR DƏSTƏK MESAJI DA QƏTƏRLİ MÜƏLLİFDƏN
 
Qətərin tanınmış media rəhbərlərindən və yazıçılarından Jaber əl Harmi də Türkcə yayımladığı mesajında, "Amerikanın Türkiyəyə qarşı ittifaq olub müharibə açmasi gözlənilən bir şeydir. Türkiyə kimi "Müsəlman bir ölkənin" iqtisadi və siyasi cəhətdən müstəqil olmasını qəbul etmirlər. Amma bəzi Ərəblərin, Türkiyəyə açılan savaşa sevinmələri və dəstək vermələri böyük Rüsvayçılıqdır" deyə, bildirib.
 
QƏTƏR XALQI DOLARLARINI TÜRK LİRƏSİNƏ ÇEVİRİR
 
Qətərdə da minlərlə insan Türkiyəyə dəstək olmaq üçün dollarlarını Türk Lirəsinə çevirməyə başlayıb. Qətər xalqı bu dəstəyi sosial media hesablarından bölüşərək bütün dünyaya göstərib.
Müxalifət.az