Doğu Perinçekdən Fransa prezidentinə göndərmə: “TƏYYARƏ İLƏ GƏLİB, TABUTLA DÖNƏRSİNİZ”

Baxış sayı:
6244

Qatıldığı bir televiziya proqramında danışan Vətən Partiyasının sədri Doğu Perinçek, Fransanın Suriyaya əsgər göndərməsinə dair "Əsgərlərini oraya təyyarə ilə göndərdin, amma onlar ancaq tabutla dönərlər”-deyə, söyləyib.

Vətən Partiyasının sədri Doğu Perinçek, “Ulusal” Kanalda yayımlanan "Çıxış Yolu" proqramında gündəmə dair suallara cavab verib. Fransanın Suriyaya əsgər göndərmə açıqlamasına dair bu sözləri dilə gətirib:
“Əgər Fransız əsgəri Suriyaya müharibə aparmaq üçün gəlibsə, buradan Makrona salam göndərirəm, tabutları hazırlasın. Fransa təmsilçimiz Əli Rza Taşdələn yaxın günlərdə gedəcək hökumətin qarşısında mesajını verəcək. Makrona deyəcək ki, "Əsgərlərini oraya təyyarə ilə göndərdin, amma onlar ancaq tabutla dönərlər. Ey Fransız anaları! Övladlarınızın tabutla qayıtmasını istəmirsənizsə, Makronu ağla gətirin, adam edin və bu işdən əl çəksin.
 
ÇÖLLƏRDƏ FRANSIZ QƏBİRİSTANLIĞI YARADACAQLAR
 
Bunun bir Fransız dövlət ağlı ilə əlaqəsi yoxdur. Fransız hərbçisi Türk Ordusunun qarşısına çıxsa, nə edəcək? Türk Ordusu vurulmamaq üçün vuracaq. Fransız əsgəri nə axtarır ki, orada? Daha əvvəl də gəldilər, ilk deyil, o zaman da Maraş, Antep, Adanaya da gəlmişdilər, tabutla döndülər. O zaman erməni dəstələrinə Fransız mundiri geyindirib Türkiyənin üzərinə saldılar. Sonra nə oldu? 5 min Fransız əsgərinin məzarını qoyub getdilər. İndi tabutla getdilər deyirəm, amma bəlkə də tabutla getməyib, çöllərdə Fransız Qəbiristanlığı yaradacaqlar”.
Müxalifət.az