Doğu Perinçekdən AFRİN ŞƏRHİ: Kürdüstanı...

Baxış sayı:
900

Bütün dünyanın gündəmində olan Afrin əməliyyatı ilə bağlı bir şərh də Vətən Partiyasının sədri Doğu Perinçekdən gəlib.
 
Vətən Partiyasının sədri Doğu Perinçek, ABŞ-ın Suriyada bir federasiya qurub, İsraili dəstəkləyəcək Kürd dövləti yaratmaq üçün hərəkətə keçdiyini yazıb. Perinçekin bugünkü yazısı ilə bağlı bir hissə:
 
SURİYA VƏ TÜRKİYƏYƏ QARŞI "KÜRD" Federal DÖVLƏTİ
 
“Suriyada federasiya yaradılacaq olsa, bu ölkədə vətəndaş müharibəsinin yaradılması istəyi məqsədinə çatmış olacaq. Suriyanın şimalındakı ABŞ-İsrail dəhlizi onsuz da bunun üçün açılırdı. ABŞ, Bəşər Əsəd rəhbərliyini devirə bilmədi, amma Suriyanı parçalamaq iddiasını davam etdirir. ABŞ planına görə, Bəşər Əsəd hakimiyyəti qalacaq, lakin Suriya federasiya olacaq. Bölünən Suriya federasiyasının ayrı-ayrı dövlətlərindən biri də Kürd dövlətciyi olacaqdır. O dövlətciyə İsrailcik desək, daha yerində olar.
Bu federal dövlətin silahlı gücü, SDG adı altında gizlənən PYD/YPG/PKK terror təşkilatlanmasıdır. Bu silahlı gücün Suriya rejiminə, Türkiyəyə və İraqa qarşı Kürd Federal dövlətinin sərhədlərini qoruyacağını açıq şəkildə bildirirlər”.
Müxalifət.az