Dəmiryolu işçisini qatar vurub – KEŞLƏDƏ

Yaralı qapalı kəllə-beyin travması alıb
 
"Azərbaycan Dəmir Yolları" QSC-də fəhlə işləyən kişini teplovoz vurub.
Hadisə Nizami rayonunun Keşlə qəsəbəsində 1954-cü il təvəllüdlü Quliyev İslam Məhəmməd oğlu dəmir yol relsləri üzərində təmir işləri aparan zaman baş verib.
Yaralı qapalı kəllə-beyin travması alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktı Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi araşdırır.