​Dələduzluq edən hüquqşünas məhkəmədə qandallandı

Baxış sayı:
4264

Dələduzluqda təqsirləndirilən Rəşad Novruzovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən hökmü ilə Rəşad Novruzov 6 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində olan ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəzlənib və o məhkəmə zalında həbs olunub.
İttiham aktına əsasən, R.Novruzov İ.Bağırova qarşı 116 min manatlıq dələduzluq edib. İxtisasca hüquqşünas olan R.Novruzov zərərçəkmişdən həmin məbləği Lombard açmaq adı ilə alıb. O, bir müddət Lombardı işlədib, daha sonra İ.Bağırovun 116 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Zərərçəkmişin şikayəti əsasında saxlanılan R.Novruzov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxsə əvvəllər də məhkumluq həyatı yaşayıb.