“Dələduz, saxtakar Soros Azərbaycan prezidentinə, ailəsinə qarşı çirkin kampaniya aparır” - PREZİDENTİN MƏTBUAT XİDMƏTİ

Muxalifet.az bu mövzu ilə bağlı apardığı araşdırma nəticəsində ortaya çıxardığı sensasion faktları və təhlil yazısını dəyərli oxucularımıza təqdim edəcəkdir...
 
Azərbaycan Prezidentinin mətbuat xidməti sentyabrın 4-də Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı layihəsi tərəfindən hazırlanan yazı, bu yazıya istinadən “BBC News” saytında 2017-ci il sentyabrın 5-də dərc olunan “Azərbaycan - 3 milyard dollar dəyərində gizli çirkli fondu idarə edib” başlıqlı və “Guardian” qəzetində bu məsələ ilə bağlı gedən məqalələrlə əlaqədar məlumat yayıb.
Məlumatda deyilir:
"Prezidenti və onun ailəsini bu məsələyə cəlb etmək cəhdləri tamamilə əsassızdır, qərəzlidir və təxribat xarakteri daşıyır.
Biz bilirik ki, bunların arxasında Azərbaycana və onun rəhbərliyinə qarşı olan və beynəlxalq aləmdə dələduz, saxtakar, fırıldaqçı, yalançı imicini qazanan Corc Soros və onun əlaltıları dayanır. Bu gün Corc Sorosun çirkin əməlləri çox ciddi şəkildə araşdırılmalıdır. Onunla əlbir olan erməni lobbisi Azərbaycan Prezidentinə, onun ailəsinə qarşı çirkin kampaniya aparır. Ancaq bu səylərə baxmayaraq, bunlar heç bir nəticə verməyib. Elə “Guardian” qəzetində gedən məqalənin müəlliflərindən birinin erməni əsilli Dina Naqapetyan olması faktı da bir daha onu göstərir ki, bu çirkin ittihamlar, o cümlədən dünya erməniliyinin növbəti mənfur hərəkətidir".
QEYD: Muxalifet.az saytı bu mövzu ilə bağlı apardığı araşdırma nəticəsində ortaya çıxardığı sensasion faktları və təhlil yazısını dəyərli oxucularımıza təqdim edəcəkdir. Bizi izləyin!

Muxalifet.az