​Dizel yanacağı ilə işləyən avtobuslarla bağlı YENİ XƏBƏR - Ləğv edilə bilər və...

Baxış sayı:
5107

Bakıda dizel yanacağı ilə işləyən avtobuslar istifadədən çıxarıla bilər.
Muxalifet.az Trend-ə istinadən bildirir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli Parlament Jurnalistlər Birliyinin BNA-ya təşkil etdiyi media tur zamanı bildirib.
V.Kərimli deyib ki, avtobuslara, taksilərə, sürücülərə və daşıyıcılara dair yeni tələblər hazırlanıb.
BNA rəhbəri qeyd edib ki, həmin tələblər hökumətə təqdim olunub: "Tələblərdən biri də 2022-ci ildən etibarən paytaxtda fəaliyyət göstərən ictimai nəqliyyat vasitələrinin sıxılmış qaz və elektriklə işləyən avtomobillərdən ibarət olmasıdır. Bizim üçün ətraf mühit vacibdir".