DİQQƏT: İnternetə bu günlərdə girə bilməyəcəksiniz - AÇIQLAMA

Baxış sayı:
8341

Yenilənmədən 48 saat sonra onlar səhv haqqında “server failure” və ya “SERVFAIL” kimi mesaj alacaqlar

IP ünvanlar və domen adlarını idarə edən korporasiya oktyabrın 11-də bütün dünyada internetin işində problemlər yarana biləcəyini açıqlayıb. Muxalifet.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında məlumat verilib.

Təşkilatın nümayəndələri məlumat verib ki, həmin gün domen adları sisteminin qorunması üçün kriptoqrafik şifrələr dəyişdiriləcək. Buna görə də, bir çox şəbəkə istifadəçiləri veb-səhifələrə daxil olma zamanı çətinliklərlə qarşılaşa bilər.

Qeyd olunur ki, bu proses tarixdə ilk dəfə həyata keçiriləcək.

İlkin araşdırmaya görə, 99 faiz istifadəçi bundan zərər görməyəcək. Amma problem bəzi istifadəçilərə toxunacaq. Texniki dəyişikliyin qurbanı olanlar bunu dərhal hiss edəcəklər. Yenilənmədən 48 saat sonra onlar səhv haqqında “server failure” və ya “SERVFAIL” kimi mesaj alacaqlar.

Korporasiyanın əməkdaşları bildirib ki, oktyabrın 11-i təxmini vaxtdır. Şirkət rəhbərliyi bu ay ərzində dəqiq vaxtı müəyyən edəcək.