DİN əməkdaşı həbs EDİLDİ

Baxış sayı:
8755

Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşı iyunun 20-21-də Tbilisinin Rustaveli prospektində keçirilən nümayişin dağıdılması zamanı səlahiyyətindən sui-istifadə etməsi səbəbi ilə həbs edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə Gürcüstan Baş prokurorluğundan məlumat verilib.
Bildirilib ki, aparılan araşdırmalar zamanı saxlanılan şəxs nümayişlərin dağıdılması zamanı qeyri-bərabər güc tətbiq edərək vəzifə səlahiyyətlərini aşıb: “Yüksək ictimai marağı nəzəri alaraq bildiririk ki, iyunun 20-21-də keçirilən nümayişin dağıdılması zamanı vəzifə səlahiyyətindən sui-istifadə etdiyi üçün saxlanılan DİN əməkdaşı həbs edilib".